Putin: “Rusiyaya işləmək üçün gələnlər dili öz vətənlərində öyrənməlidirlər”
Gündəm
11:12 10 dek, 2021
İclasda miqrant məsələsi də müzakirə edilib

Rusiya dövlət başçısı Vladimir Putin Prezident yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurası ilə görüşdə iştirak edib.
Qazet.az xəbər verir ki, görüşdə miqrantlarla bağlı bir sıra məsələlər də müzakirə olunub. Rusiya prezidenti miqrantların rus dilini bilməklərinə toxunub. Miqrantlar arasında dil probleminin olduğunu bildirib. O qeyd edib ki, “Rusiyaya işləmək üçün gələnlər dili öz vətənlərində öyrənməlidirlər”.
Rusiya qanunlarını kobud şəkildə pozan, xuliqanlıq edən miqrantlar barədə də müzakirələr aparılıb.
“Rusiya qanunlarını pozan, o cümlədən davalarda iştirak edən miqrantlar ölkədən deportasiya edilməlidir” deyə İHK rəhbəri görüşdə bildirib.