Putin rusları qarşıdakı seçkilərdə iştirak etməyə çağırır
Putin bu çağırışı televiziyadan dövlət kanalı vasitəsilə edib.
Rusiya Prezidenti Vladimir Putin Rusiya vətəndaşlarını ölkədə keçiriləcək parlament seçkilərində iştirak etməyə çağırıb.
"Qarşıdan gələn səsvermədə iştirak etməyinizi və 17 sentyabrdan etibarən hər hansı uyğun günü seçməyinizi xahiş edirəm, uzaqdan elektron səsvermə imkanlarından istifadə edərək məntəqələrə gəlin. Qabaqcıl texnologiyalar seçkinin təhlükəsizliyinə və etibarlılığına zəmanət verir" deyə o çağırışı zamanı bildirib.
Qazet.az xəbər verir ki, Putin bu çağırışı televiziyadan dövlət kanalı vasitəsilə edib.
Prezident, rusların məsuliyyətli, balanslaşdırılmış, vətənpərvər bir mövqe sərgiləyəcəyinə və ölkənin və xalqının mənafeyi üçün işləyəcək millət vəkillərini seçəcəyinə ümid etdiyini söyləyib.
-