Bakı 16˚C Windy

Putin Şoyquya göstəriş verdi: “Xaricdən gələn...” - VİDEO

Gündəm 19:46 11 mar, 2022

“Xaricdən gələn könüllüləri döyüş bölgəsinə göndərin”

Putin Şoyquya göstəriş verdi: “Xaricdən gələn...” - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişəyə könüllülərin cəlb edilməsinə razılıq verib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxış edən Vladimir Putin qeyd edib ki, Ukraynanın qərbli sponsorları münaqişədə iştirak üçün muzdluların Ukrayna ərazisinə göndərilməsini gizlətmirlər.

“Ona görə də görsəniz ki, xüsusən də pul qarşılığında yox, könüllü olaraq gəlib Donbassda yaşayan insanlara kömək etmək istəyən var, onları qarşılayıb bu şəxslərin döyüş bölgəsinə göndərilməsinə kömək etmək lazımdır”, – deyə Vladimir Putin söyləyib.