Putin Tacikistan Prezidenti ilə görüşdü
Siyasət
12:45 16 sen, 2022
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) geniştərkibli sammitindən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Tacikistan Prezidenti İmomali Rahmon arasında qısa görüş olub.
Qazet.az yerli KİV-ə istinadən xəbər verir ki, Rusiya lideri tacikistanlı həmkarı ilə danışdıqdan sonra beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrova tərəf dönərək qısa söhbət edib.
Onun tacikistanlı həmkarı ilə görüşü əvvəlcədən planlaşdırılmayıb.
Qeyd edək ki, Özbəkistanın Səmərqənd şəhərində sentyabrın 15-16-da ŞƏT-in zirvə toplantısı keçirilir.