Bakı 14˚C Mostly cloudy

Putin Tokayevlə danışıqlar apardı

Siyasət 19:47 03 yan, 2023
Putin Tokayevlə danışıqlar apardı

Rusiya prezidenti Vladimir Putin və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, tərəflər Rusiya-Qazaxıstan münasibətlərinin yüksək səviyyədə olduğunu ifadə ediblər. Prezidentlər bir-birini Yeni il münasibətilə təbrik ediblər.

Həmçinin söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.