Bakı 32˚C Sunny

Putin Ukrayna sakinləri üçün qərar imzaladı

Gündəm 12:08 12 iyl, 2022

Putin bütün ukraynalılara Rusiya vətəndaşlığının verilməsini asanlaşdıran qətnaməni imzalayıb

Putin Ukrayna sakinləri üçün qərar imzaladı

Rusiya prezidenti Vladimir Putin Ukraynanın bütün regionlarının sakinləri üçün Rusiya vətəndaşlığının alınmasının asanlaşdırılması haqqında qərar imzalayıb.

Qazet.az-ın məlumatına görə, Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan qərara əsasən, Putin Rusiya vətəndaşlığının verilməsinin asanlaşdırılmasını nəzərdə tutan fərmanın əhatə dairəsini genişləndirib. Sözügedən qərarla qondarma Donestk və Luqansk respublikalarının sakinləri, eləcə də Ukraynanın bütün vilayətlərində daimi yaşayanlar Rusiya vətəndaşlığı üçün müraciət etmək hüququ qazanıblar.

Xatırladaq ki, Putin 2019-cu ildə imzaladığı qərarla Ukraynanın Donetsk və Luqansk vilayətlərində yaşayanların Rusiya vətəndaşlığı almasına şərait yaradıb. Mayın 25-də Ukraynanın Xerson və Zaporojye vilayətlərində yaşayanlar da bu qərara daxil edilib.

qaynaq