Bakı 19˚C Sunny

Putin Ukraynaya hücumla bağlı sualı cavablandırdı

Gündəm 21:02 08 dek, 2021

"Biz bunu bütün tərəfdaşlarımızla, o cümlədən dünənki həmsöhbətim, Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Baydenlə müzakirə etdik"

Putin Ukraynaya hücumla bağlı sualı cavablandırdı

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Ukraynaya gözlənilən hücumu ilə bağlı sualı təxribat adlandırıb.

“Qazet.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə o, Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə danışıqlardan sonra bildirib.

Putin vurğulayıb ki, Rusiya sülhsevər xarici siyasət yürüdür, lakin onun öz təhlükəsizliyini orta və uzunmüddətli perspektivdə təmin etmək hüququ var.

"Biz bunu bütün tərəfdaşlarımızla, o cümlədən dünənki həmsöhbətim, Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Baydenlə müzakirə etdik", - Putin bildirib.

O qeyd edib ki, Rusiya heç bir qarşıdurmaya can atmır.