Bakı 23˚C Mostly sunny

Putin və Ərdoğan arasında maraqlı vaksin söhbəti - VİDEO

Siyasət 13:10 30 sen, 2021

Putin isə cavabında 15 və ya 16 olduğunu dəqiq rəqəmi bilmədiyini deyib

Putin və Ərdoğan arasında maraqlı vaksin söhbəti - <span style="color:red">VİDEO</span>

Rəcəb Tayyip Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin görüşüb. Tərəflərin qeyri-rəsmi söhbəti də kameralara tuş gəlib. İki lider bu söhbət zamanı peyvənd mövzusunda danışıb.

Qazet.az xəbər verir ki, bu görüntüləri İctimai Tv öz “tvitter” profilində paylaşıb. Söhbət zamanı Putin ətrafında olan işçilərinin virusa yoluxmasından danışıb.

Mənim 24 saat yanımda olan köməkçim də xəstələndi. 30-a yaxın əməkdaşım xəstələndi buna səbəb isə 3-cü dozanı vurdurmağa gecikmələri oldu” deyə Putin bildirib. 

Bu zaman isə Ərdoğan Putindən onda antitelin nə qədər olduğunu soruşub. Putin isə cavabında 15 və ya 16 olduğunu dəqiq rəqəmi bilmədiyini deyib. Ərdoğan isə gülərək bunun olduqca aşağı göstərici olduğunu deyib.

Putin Ərdoğana Rusiya məhsulu olan “Sputnik” peyvəndi olunmasını məsləhət görəndə isə Türkiyə prezidenti ona artıq “biontech” və “pfizer” vaksinlərindən olunduğunu deyib. Putin isə zarafatcıl şəkildə "gələn səfər “sputnik” vurdurun onda" deyib.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.