Bakı 0˚C Mostly cloudy

Putin və Makron “tet-a-tet” görüşəcək

Gündəm 17:01 01 fev, 2022

Peskov aydınlıq gətirib ki, söhbət üzbəüz görüşdən gedir

Putin və Makron “tet-a-tet” görüşəcək

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında təkbətək görüş yaxın gələcəkdə baş tuta bilər.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, yaxın gələcəkdə baş verə bilər. Detallar işlənib hazırlandıqdan sonra ictimaiyyətə məlumat verəcəyik”, - deyə o bildirib.

Peskov aydınlıq gətirib ki, söhbət üzbəüz görüşdən gedir.