Putin və Makron yenə Qarabağı müzakirə edəcək
Siyasət
19:34 15 dek, 2021
Prezidentlər müzakirə olunmuş məsələlərə yenidən qayıtmaq üçün növbəti dəfə danışmaq barədə razılaşıblar
Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin bu ilin sonuna qədər növbəti danışıq aparmaq barədə razılaşıblar.
Qazet.az xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib
“Prezidentlər müzakirə olunmuş məsələlərə yenidən qayıtmaq üçün növbəti dəfə danışmaq barədə razılaşıblar”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin arasında dünən baş tutan telefon danışığı zamanı Belarus-Polşa sərhədi, Ukrayna və Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib.