Bakı 17˚C Mostly cloudy

Putindən yeni həmlə - Rusiya və Belarus ordularını birləşdirdi

Gündəm 16:04 10 okt, 2022
Putindən yeni həmlə - Rusiya və Belarus ordularını birləşdirdi

Rusiya və Belarus birgə regional qoşun qrupu təşkil edir.

Qazet.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko açıqlama verib. O bildirib ki, birlik dövlətinin qərb sərhədlərində təhlükə artdığına görə, Rusiya və Belarus regional qüvvələrini formalaşdırmaq barədə razılığa gəlib. Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə ötən həftə bu barədə qərar qəbul etdiklərini ifadə edib. Lukaşenko məsələnin Belarus ordusunun komandanları ilə də müzakirə edildiyini ifadə edib.

“Bu qərarımız birlik dövləti müqaviləsinə tamamilə uyğundur. Müqavilə sərhədlərimizdəki təhdidin indiki səviyyəyə çatacağı təqdirdə birgə hərbi gücümüzdən istifadə etməyi nəzərdə tutur” - Lukaşenko deyib.

Qaynaq