Bakı 1˚C Windy

Putinə güzəşt ola bilməz, Rusiya uduzmalı və... - Consondan XƏBƏRDARLIQ

Xəbərlər 00:39 11 dek, 2022
Putinə güzəşt ola bilməz, Rusiya uduzmalı və... - Consondan XƏBƏRDARLIQ

Rusiya qazının olmadığı indiki qış Avropa üçün çətin keçəcək, lakin gələn qış daha çətin keçə bilər.

Qazet.az xəbər verir ki, “The Wall Street Journal”da dərc olunan məqaləsində belə bir fikirlə Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson çıxış edib.

“Rusiya qazından asılı olan bütün insanlar üçün bu qış çox çətin keçəcək, lakin qaz anbarlarının doldurulması üzrə heyrətamiz təşkilati səylər sayəsində biz bunun öhdəsindən gələcəyik”, - “RİA Novosti” onun sözlərini sitat gətirir.

B.Conson əlavə edib ki, gələn qış Avropa üçün daha böyük problem olacaq, çünki anbar ehtiyatlarının doldurulması çətinləşir və yeni LNG (mayeləşdirilmiş qaz anbarları) terminalları hələ fəaliyyət göstərmir.

Conson əlavə edib ki, Ukraynada müharibə yalnız Rusiya prezidenti Vladimir Putinin məğlubiyyəti ilə başa çata bilər. Onun sözlərinə görə, Rusiya qoşunları fevralın 24-dək qüvvədə olan faktiki sərhədlərə geri çəkilməlidir.

“Nə Vladimir Zelenski, nə də Ukrayna xalqı yaşadıqları vəhşilikdən sonra başqa nəticə ilə razılaşa bilməzlər. Hətta Putin təklif etsə belə, hətta ona etimad göstərilsə belə, heç bir sülh üçün torpaq sazişi ola bilməz, bu barədə danışmaq olmaz, - britaniyalı siyasətçi deyib.

Conson vurğulayıb: “Putinin macərasına pərdənin mümkün qədər tez düşməsi hər kəsin, o cümlədən Rusiyanın maraqlarına uyğundur. 2025-ci ildə yox, 2024-cü ildə yox, 2023-cü ildə...”.