Bakı 2˚C Windy

Putinə qarşı terror aktı ola bilər - General

Gündəm 13:08 25 may, 2022

Bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri general Mikola Malomuj deyib

Putinə qarşı terror aktı ola bilər - General

Rusiyanın Prezidenti Vladimir Putin zərərsizləşdirmək üçün terror aktı təşkil edilə bilər.

Qazet.az xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri general Mikola Malomuj deyib.

“Gələcəkdə Rusiya prezidentinə sui-qəsd ehtimalı varmı? Məncə, var, çünki Putinin ətrafının çoxu onun çox uzağa getdiyini və burda heç bir perspektivin olmadığını başa düşürlər. Federal Təhlükəsizlik Xidmətinin və Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbərliyi Ukraynadakı müharibədə iştirak edir, faktiki olaraq hərbi cinayətlər törədirlər və Rusiya lideri ilə bərabər məsuliyyətə cəlb olunacaqlar”, - o bildirib.

Malomuj qeyd edib ki, bir qrup şəxs prezidenti zərərsizləşdirmək üçün terror aktı törədə bilər.

“Terror aktı bir qrup şəxs tərəfindən törədilə bilər. Açıq-aşkar itki olduqda, Putin zəiflədikdə, müvafiq olaraq, vəziyyətdən real çıxış yolları axtaran bir qrup şəxs hansısa formada özlərinə haqq qazandıracaqlar. Məsələn, Putini zərərsizləşdirməklə. Bu, əsl terror aktı ola bilər”.