Bakı 25˚C Sunny

Putinin ad gününü təbrik edən ukraynalı deputat saxlanıldı

Gündəm 20:58 01 noy, 2021

Təbriklərdən sonra Ukrayna hüquq-mühafizə orqanları Kivaya qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açıb. 

Putinin ad gününü təbrik edən ukraynalı deputat saxlanıldı

Ukrayna polisi Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edən Ali Radanın “Müxalifət Platforması - Həyat naminə” fraksiyasından olan deputatı İlya Kivanı saxlayıb.

“Qazet.az” xəbər verir ki, bu barədə “Sevodnya” nəşri məlumat yayıb. 

Qəzetin yazdığına görə, deputatın avtomobili ona rəsmi ittiham irəli sürmək üçün saxlanılıb.

Qeyd edək ki, oktyabrın 7-də Putinin 69 yaşı tamam olub. Kiva bu münasibətlə onu “Ulduz döyüşləri” filmindən Ustad Yodanın “Güc səninlə olsun” sözləri ilə təbrik edib. Deputat onu da bildirib ki, hər kəsin Rusiya lideri ilə özünəməxsus rəftar etmək hüququ var, hər kəsin öz baxışı ola bilər. Kiva həmçinin “zəiflər, uduzanlar, Ukraynaya xəyanət edib məhv edənlər, onu yoxsul, ac müstəmləkəyə çevirənlər, onların qaçılmaz ölümcül sonunu gözləyənlər tüğyan edir” fikrini də söyləyib. 

Təbriklərdən sonra Ukrayna hüquq-mühafizə orqanları Kivaya qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açıb. Deputat özü bildirib ki, Ukrayna ilə qardaş Rusiya xalqı arasında münasibətlərin bərpası uğrunda apardığı mübarizədə ona heç bir cinayət təqibi mane olmayacaq.