Bakı 18˚C Partly sunny w/ showers

Putinin doğum günü ilə bağlı planları açıqlanıb

Gündəm 11:07 06 okt, 2021

 Rusiya Prezidentinin mətbuat katibi məlumat verib

Putinin doğum günü ilə bağlı planları açıqlanıb

Rusiya Prezidenti Vladimir Putin doğum günü - 7 oktyabrda iş gününü planlaşdırıb.

Qazet.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, eyni zamanda qeyd edib ki, böyük ehtimalla Rusiya lideri bu günü yaxınları ilə birlikdə qeyd edəcək.

"Mənim bildiyim qədər bu gün üçün iş planları var. Heç kim onun heç olmasa doğum gününü axşam saatlarında doğmaları və yaxınları ilə bir şəkildə qeyd edəcəyinə şübhə etmir. Əksər hallarda belə olur. İndi xüsusi bir təcrid rejimi yoxdur”, - Peskov jurnalistlərə deyib.

Qeyd edək ki, dövlət başçısı doğum gününü oktyabrın 7-də qeyd edəcək. Sabah Rusiya liderinin 69 yaşı tamam olacaq.