Putinin partiyası, Rusiya Dövlət Dumasına seçkilərdə qələbə qazanıb
Qazet.az xəbər verir ki, bu barədə Tass agentliyi məlumat yayıb
Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, "Vahid Rusiya" siyasi partiyası Dövlət Dumasına (Rusiya parlamentinin aşağı palatası) ümumxalq seçkilərindən sonra parlamentdə çoxluğu qazanıb.
Qazet.az xəbər verir ki, bu barədə Tass agentliyi məlumat yayıb.
Verilmiş səslər tam sayıldıqdan sonra məlum olan nəticələrə görə Prezident Vladimir Putinin partiyası olan “Vahid Rusiya”, parlamentin aşağı palatasında təxminən 112 yer tutaraq 49.82% səs toplayıb.
Bu nəticələrlə də “Vahid Rusiya” siyasi partiyası ümumilikdə 300 -dən çox mandatın konstitusiya çoxluğunu ələ keçirib.
Rusiya Federasiyasının Kommunist Partiyası 18,93%-lə ikinci, Rusiya Liberal Demokrat Partiyası 7,55%-lə üçüncü, Ədalətli Rusiya 7,46%-lə dördüncü, 5,32%-lə Yeni İnsanlar partiyası 5-ci yerdə qərarlaşıb.
-