"Putinlə danışmamışam" - Mask
Maraqlı
12:15 12 okt, 2022
Milyarder Elon Mask Rusiyanın Ukraynaya işğalına son qoymaq təklifləri ilə Vladimir Putinlə danışdığı ilə bağlı yayılan xəbərləri təkzib edib.
Qazet.az xəbər veror ki, ilk olaraq Avrasiya Qrupu siyasi risk məsləhətçiliyinin rəhbəri Yan Bremmer bunu iddia edib.
Lakin Mask indi şəxsi "Tvitter" hesabına paylaşım edərək xəbəri təkzib edib və bu sözləri yazıb:
"Mən Putinlə yalnız bir dəfə danışmışam və bu, təxminən 18 ay əvvəl olub. Mövzu kosmik məsələlər idi".
Qeyd edək ki, keçən həftə "Tesla" CEO-su izləyicilərindən Ukrayna müharibəsinin həlli yollarına səs vermələrini istəyib.
No, it is not. I have spoken to Putin only once and that was about 18 months ago. The subject matter was space.
— Elon Musk (@elonmusk) October 11, 2022