Bakı 28˚C Intermittent clouds

Putinlə Paşinyan Qarabağı MÜZAKİRƏ ETDİ

Siyasət 16:23 21 noy, 2021

Qarabağ ətrafındakı vəziyyət və onun sabitləşməsi üçün tədbirlər müzakirə edilib

Putinlə Paşinyan Qarabağı MÜZAKİRƏ ETDİ

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Qazt.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı Qarabağ ətrafındakı vəziyyət və onun sabitləşməsi üçün tədbirlər müzakirə edilib.

Telefon danışığı zamanı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli sazişlərinin icrası kontekstində Rusiyanın fəallığı da qeyd edilib.