Putinlə Paşinyanın görüşü hazırlanır - Matviyenko
Gündəm
20:39 04 okt, 2021
“Yaxın gələcəkdə yeni bir şəxsi görüş hazırlanır. Bu çox vacibdir, belə təmaslar Rusiya-Ermənistan münasibətlərinin bütün kompleksini (iqtisadi, humanitar, təhsil, mədəniyyət və səhiyyə, siyasi) tənzimləyir"

Yaxın vaxtlarda Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq.
Qazet.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşündə deyib.
“Yaxın gələcəkdə yeni bir şəxsi görüş hazırlanır. Bu çox vacibdir, belə təmaslar Rusiya-Ermənistan münasibətlərinin bütün kompleksini (iqtisadi, humanitar, təhsil, mədəniyyət və səhiyyə, siyasi) tənzimləyir", - Matviyenko qeyd edib.