"Putinlə razılaşmışıq" - Lukaşenko
Siyasət
13:18 10 okt, 2022
“Rusiya Prezidenti Vladimir Putinlə regional qoşun qruplaşmasının birgə fəaliyyəti haqqında razılaşmışıq”.
Qazet.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbçilərin və güc strukturlarının oktyabrın 10-da keçirdiyi təcili müşavirəsində bildirib.
Aleknsndr Lukaşenko Belarus-Rusiya regional qoşun qruplaşması əsasında Belarus qoşunlarının təşkil ediləcəyini vurğulayıb.