Putinlə Tokayev danışdı
Gündəm
16:45 03 yan, 2023
Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.
Qazet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Yeni il münasibətilə bir-birini təbrik edərək, Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd ediblər”, - məlumatda qeyd olunub.