Bakı 22˚C Mostly cloudy

Qadın futbolunda qalmaqal! - 4 məşqçi ömürlük cəzalandırıldı

İdman 04:25 11 yan, 2023
Qadın futbolunda qalmaqal! - 4 məşqçi ömürlük cəzalandırıldı

ABŞ Qadın Futbol Liqasında (NWSL) məşqçilər Paul Riley, Christy Holly, Rory Dames və Richie Burke şifahi və fiziki zorakılıqlara görə idmandan ömürlük uzaqlaşdırılıb.

Qazet.az xəbər verir ki, NWSL tərəfindən edilən şərhdə, cəzaların mövzu ilə bağlı açılan intizam istintaqından sonra əldə edilən dəlillərə görə təyin edildiyi ifadə edilir.

Liqada yer alan komandalar arasında Çikaqo Red Stars 1,5 milyon, Portlend Torns 1 milyon, Racing Louisville 200 min, North Carolina Courage 100 min, OL Reign və Gotham 50 min dollar cərimə olunub.

Bu cəzaların liqanın gələcəyinin sağlam şəkildə davam etməsi üçün əhəmiyyətli olduğunu vurğulanıb.