Qadın təyyarədə uşaq dünyaya gətirdi - FOTO
Maraqlı
11:47 25 yan, 2022
Bu barədə “Aeroflot” şirkətinin “Instagram” hesabından bildirilib

Rusiyadan Dominikana uçan təyyarədə gözlənilməz hadisə baş verib: Sərnişin hava gəmisində uşaq dünyaya gətirib.
Qazet.az xəbər verir ki, bu barədə “Aeroflot” şirkətinin “Instagram” hesabından bildirilib.
Qadının oğlan uşağı dünyaya gətirdiyi vurğulanır. Aviaşirkətin nümayəndələri qeyd ediblər ki, ekipajın peşəkarlığı və yaxşı əlaqələndirilmiş hərəkətləri sayəsində doğuş yaxşı keçib.