"Qalatasaray" oyunçusu ilə müqaviləni uzatdı
İdman
17:50 07 dek, 2022
"Qalatasaray" futbolçusu Yunus Akgünlə müqaviləni yeniləyib.
Qazet.az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına qədər sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Yunus 2018-ci ildən "Qalatasaray"da çıxış edir. O, bu mövsüm 16 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.