“Qalatasaray” yeni baş məşqçisini təqdim edib
İdman
15:40 24 iyn, 2022
Yarımmüdafiə xəttinə transferlər olacağını açıqlayıb

“Qalatasaray” yeni baş məşqçisi Okan Buruku təqdim edib.
Qazet.az xəbər verir ki, bu gün Ali Sami Yen İdman Kompleksində (“Nef” stadionu) 43 yaşlı çalışdırıcının imzalanma mərasimi keçirilib.
Doğma komandası ilə 1+1 illik müqavilə imzalayan Buruk yeni mövsümdə hədəflərinin yalnız çempionluq olacağını söyləyib. O, futbolçu heyətində bir sıra dəyişiklik ediləcəyini, xüsusən də, yarımmüdafiə xəttinə transferlər olacağını açıqlayıb.
“Qalatasaray” Okan Burukun rəhbərliyi altında ilk məşqinə iyunun 27-də çıxacaq.
Qeyd edək ki, İstanbul təmsilçisi ispaniyalı baş məşqçi Domenek Torreni bu günlərdə istefaya göndərib.
Qaynaq