"Qalatasaray"ın futbolçusu növbəti dəfə zədələnib
Gündəm
15:48 02 noy, 2021
21 yaşlı müdafiəçi məşqdə sıradan çıxıb

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Saşa Buy növbəti dəfə zədələnib.
Qazet.az yerli mətbuata istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi məşqdə sıradan çıxıb.
Fransalı oyunçu müalicə üçün ölkəsinə yollanıb. Onun təxminən 4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Saşa Buy daha əvvəl Fransada "Marsel"lə qolsuz heç-heçə etdikləri Avropa Liqasının qrup mərhələsinin II tur oyununda zədələnmişdi.