Bakı 5˚C Showers

Qan qrupunun sağlamlığa təsiri: Kimlər niyə xəstələnir?

Cəmiyyət 10:55 07 noy, 2021

Alimlərin qan qrupları və bakterial tərkib arasında olan təsiri öyrənən tədqiqatları var

Qan qrupunun sağlamlığa təsiri: <span style="color:red">Kimlər niyə xəstələnir?</span>

İnsanın mənsub olduğu qan qrupu onun müəyyən xroniki xəstəlik və ya infeksiyalara tutulma riskinə təsir edir.

Qazet.az Medicina.az-a istinadən xəbər verir ki, həkim Dmitri Zlobin qanın eritrositlərində olan mürəkkəb molekulların hər qrupda fərqli olduğunu açıqlayıb.

Alimlərin qan qrupları və bakterial tərkib arasında olan təsiri öyrənən tədqiqatları var.

Məsələn, I qan qrupunda diabet riski azdır. II qrupda yüksək arterial təzyiq daha çox görülür. Digər tədqiqat təsdiq edir ki, II və III qruplar bağırsaq infeksiyalarına daha çox yoluxur.

“Son zamanlar isə COVİD-19 infeksiyası ilə qan qruplarının əlaqəsi araşdırılır. Elmi məqalələrin əksəriyyəti təsdiq edir ki, II qrup üçün bu virus daha təhlükəlidir, I qrup isə az yoluxur. Lakin hər bir qrupda ağırlaşmalar olur. Hələ ki, heç bir alim bunun kliniki tədqiqatlarını tam sübut edə bilməyib”.

Alman alimləri də kronavirusun qan hüceyrələrinə daxil olduğunu açıqlamışdı.