Bakı 9˚C Intermittent clouds

Qanunsuz ağackəsmə ilə bağlı cinayət işi açıldı

Cəmiyyət 19:21 18 okt, 2022
Qanunsuz ağackəsmə ilə bağlı cinayət işi açıldı

Lerik rayonunda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Qazet.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında rayon ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalarla rayonun Hücü kəndi ərazisində vətəndaşlara ayrılan kənd təsərrüfatı təyinatlı pay torpaqlarında meşə fonduna daxil olmayan torpaq sahəsində ümumilikdə 94 ədəd ağacın kəsilməsi faktları öz təsdiqini tapıb.

Ölkəmizin ekosisteminə ciddi xələl gətirən, müvafiq normativlərə əsasən 29 min manatdan çox ziyan dəyməsi ilə nəticələnmiş ağac kəsmə cinayətlərinin əlamələri olduğuna görə qeyd edilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.