Qanunsuz mopedlər aşkarlandı
Cəmiyyət
14:37 16 dek, 2022

Çindən Azərbaycana gömrük orqanına bəyan olunmayan 17 ədəd moped aşkar edilib.
Qazet.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, komitənin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda Çin Xalq Respublikasından gələn yük maşınının üzərindəki konteynerə baxış keçirilib.
Yoxlama zamanı konteynerdəki malların arasında gömrük bəyannaməsində göstərilməyən 17 ədəd “M 1” markalı elektromoped aşkar edilib. Həmin nəqliyyat vasitələri ölkə ərazisinə Bakı şəhərində qeydiyyatda olan hüquqi şəxs tərəfindən gətirilib.
Faktla bağlı araşdırma aparılır.