Qanunsuz ov edən şəxs saxlanıldı
Hadisə
19:33 20 dek, 2021
Hazırda faktla bağlı RPŞ-də araşdırma davam etdirilir
Xızı rayon polis şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsi saxlayıblar.
Daxili işlər nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Qazet.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İbrahim Kamalov rayonun Sitalçay kəndi ərazisində üzərində qanunsuz daşıdığı 16 kalibrli ov tüfəngi ilə ov edərkən yaxalanıb.
RPŞ-ə gətirildikdən sonra İ.Kamalovun rayon ərazisində qaz xəttinin bir neçə dayaq borularını oğurlaması da müəyyən edilib.
Hazırda faktla bağlı RPŞ-də araşdırma davam etdirilir.