Bakı 16˚C Dreary

Qanunsuz tikilinin qarşısı alınıb

Cəmiyyət 12:00 12 yan, 2023
Qanunsuz tikilinin qarşısı alınıb

Mingəçevirdə qanunsuz tikilinin qarşısı alınıb.

Qazet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti Mingəçevir şəhəri, Gəncə şosesi, 4-cü döngə ünvanında müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkarlanıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.