“Qapımıza gələn iki zərbə qolla nəticələndi”
İdman
10:39 05 noy, 2021
“Kayrat” komandasının baş məşqçisi Kurban Berdıyevin şərhi
Qazaxıstanın “Kayrat” komandasının baş məşqçisi Kurban Berdıyev Avropa Konfrans Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
“Qafqazinfo” xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Dünən də dediyim kimi, ağır oyun alındı. Təəssüf ki, qapımıza gələn iki zərbə qolla nəticələndi. Oyundan müəyyən qədər məmnunluq olsa da, nəticədən narazıyam. Əks-hücumlarda qol buraxdıq. İndi biz nə istəsək, deyə bilərik. Amma qol epizodlarının boşa verilməsi bizi ruhdan saldı”.