Qara dənizdə rusların olduğu tanker yandı
Hadisə zamanı heç bir itki olmayıb

Qara dənizdə Komor adaları bayrağı altında üzən tankerdə yanğın baş verib.
Qazet.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidmətinin "RİA Novosti"yə məlumat verilib.
"Qara dənizin sularında, Dəmir Buynundan beş kilometr aralıda, yanvarın 23-də saat 00:10-da Böyük Britaniyaya məxsus Komor adaları bayrağı altında "Almuntazah" tankeri yanıb. Üzərində 700 tondan çox mazut və idarə heyəti var", - məlumatda deyilir.
Bildirilib ki, hadisə zamanı heç bir itki olmayıb. Rurruslardan ibarət 7 ekipaj üzvü Moldova bayrağı altında Britaniya yedək gəmisinə təxliyə edilib.
Novorossiysk limanından hadisə yerinə “Xilasedici Demidov” və “Merkuri” iki çoxfunksiyalı xilasetmə gəmisi göndərilib. İlkin vizual yoxlama zamanı yüngül tüstülənmə müşahidə olunub.
Gəmi hazırda lövbərdədir, göyərtə işıqlandırması, naviqasiya işıqları və generator işləyir. Ekipajın sözlərinə görə, mühərrik bölməsi bağlıdır, avtomatik yanğınsöndürmə sistemləri var.