Qara nifrət edən bürclər - Kimlər soyuq havaya düşməndir?
Qazet.az qarı sevməyən bürclərin siyahısını təqdim edir:
1. Əkizlər
Hava nə qədər isti olsa əkizlər üçün bir o qədər gözəldir. Soyuqlara qarşı müqaviməti olmayan, qışda isti yatağından çıxmaq istəməyən əkizlər yayı çox sevirlər. Lakin qış onlar üçün arzuolunmazdır. Əkizlərin soyuğa qarşı nifrəti, qara qarşı da antipatiyalarını ortaya çıxarır.
2. Xərçəng
Xərçənglər isti havanı sevirlər. Onlar üçün də qış arzuolunmaz fəsildir. Qarı, yağışı isə tamamilə qəbuledilməz hesab edirlər. Əsasən də ona görə ki, ailəcanlı xərçənglər qarın gətirəcəyi problemləri daha çox düşünürlər.
3. Oxatan
Oxatanlar payızda doğulsalar da, istini daha çox sevirlər. Bu da onların kəşfetmə, macəra sevdalarından irəli gəlir. Qış oxatanları evdə qalmağa məcbur etdiyi üçün onlar soyuq havaları sevmirlər.
4. Qoç
Qoçlar qışı ona görə sevmirlər ki, qalın paltar geymək onların ürəyini sıxır. Digər tərəfdən qoçlar ekstravert insanlardır. Onlar təbiəti, isti havanı və dənizi sevirlər. Qış və qar isə onları bu əyləncədən məhrum edir.