Qara Qarayev "Qarabağ"ın heyətində 400-cü matçına çıxıb
Yubiley Premyer Liqanın IX turunun “Neftçi” ilə matçına təsadüf edib
Qara Qarayev “Qarabağ”ın heyətində 400-cü oyunu keçirib.
Qazet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın IX turunun “Neftçi” ilə matçına təsadüf edib.
4:0 hesablı qələbə yarımmüdafiəçinin Ağdam klubunda 400-cü oyunu olub. Yalnız bir klubda çıxış edən futbolçunun aktivində 4 qol var.
Qarayev çempionatda 262, kubokda 36, avrokuboklarda 102 dəfə meydana çıxıb. Onun bütün qolları Premyer Liqaya təsadüf edib.
Onadək “Qarabağ”ın tarixində yalnız bir futbolçu - Maksim Medvedev 400 matç səddini arxada qoyub.
Qeyd edək kİ, Qara Qarayevin komandada debütü 2008/09 mövsümünə təsadüf edib. O, 2008-ci il noyabrın 5-də “Bakılı” ilə kubokun 1/8 final mərhələsinin cavab matçında (0:0) şans qazanıb.