Bakı 15˚C Sunny

"Qarabağ" Antalyaya yola düşdü

İdman 09:55 04 yan, 2023
"Qarabağ" Antalyaya yola düşdü

Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" Türkiyəyə yollanıb.

Klubdan Qazet.az-a verilən məlumata görə, "köhlən atlar" qış təlim-məşq toplanışı üçün Antalya şəhərinə yola düşüb.

Komanda üzvlərini daşıyan təyyarə səhər saatlarında havaya qalxıb.

Qeyd edək ki, Ağdam təmsilçisi Antalyada 3 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Son ölkə çempionu yanvarın 13-də Polşanın "Rakuv" klubu ilə üz-üzə gələcək. "Qarabağ" yanvarın 18-də iki görüş keçirəcək. Əvvəlcə Serbiya "Çukariçki"si ilə qarşılaşacaq kollektiv ardınca Polşanın digər təmsilçisi "Poqon"u sınağa çəkəcək.

Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.