Bakı 22˚C Sunny

"Qarabağ" Azərbaycan tarixində daha bir ilkə imza atdı

İdman 12:22 10 noy, 2022
"Qarabağ" Azərbaycan tarixində daha bir ilkə imza atdı

“Qarabağ” mövsümün ilk 13 oyununda qələbə qazanan ilk komanda olub.

Qazet.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu göstərici ilə Azərbaycan çempionatları tarixində yeni rekord müəyyənləşdirib.

Qurban Qurbanovun yetirmələri bunu Azərbaycan Premyer Liqasının III turdan təxirə salınan matçında rəsmiləşdirib. “Köhlən atlar” səfərdə “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub edib.

“Qarabağ” cari çempionatadək iki dəfə mövsümə 34 xalla başlayıb. Bunadək rekord isə 1992-ci ilə 12 start qələbəsi ilə başlayan “Neftçi”yə məxsus idi. Həm bakılılar, həm də onların seriyasını dayandıran Sumqayıt “Xəzər”i ilk 13 matçda 12 qələbə qazanıb.

13 oyunda ən çox xal toplayanlar

“Qarabağ”

39

2022/23

“Neftçi”

36

1992

“Xəzər Sumqayıt”

36

1992

“Neftçi”

35

2000/01

“Neftçi”

34

1996/97

“Qarabağ”

34

2017/18

“Qarabağ”

34

2003/04

“Sabah”

34

2022/23

Qeyd edək ki, 1992-ci ildə qələbəyə görə 2 xal verilsə də, cədvəldə şərti olaraq 3 xal prinsipi ilə hesablanıb.