Bakı 6˚C Showers

"Qarabağ Azərbaycanın daxili işidir" - Hikmət Hacıyev

Siyasət 11:12 06 noy, 2021

Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpasını təmin edəcək

"Qarabağ Azərbaycanın daxili işidir" -<span style="color:red"> Hikmət Hacıyev</span>

"Qarabağ münaqişəsinə artıq son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir".

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevsözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə bildirib.

Prezidentin köməkçisi deyib ki, ATƏT-in həmsədrlərinin göstərdikləri səylər nəticə vermədi. Azərbaycan uğurlu əməliyyat nəticəsində ərazilərini tamamilə işğaldan azad etdi. İndi Cənubi Qafqazda yeni vəziyyət formalaşır. Azərbaycan Cənubi Qafqazda Gürcüstanla birgə layihələr həyata keçirir, Ermənistanın da bu prosesə qoşulmasını istəyir.

“Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpasını təmin edəcək. Azərbaycan Ermənistana sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasını, sülh müqaviləsinin imzalanmasını istəyir”, - deyən Hikmət Hacıyev əlavə edib ki, Fransa ilə Almaniya arasında olduğu kimi, Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsi imzalanmasını istəyirik.