Bakı 23˚C Sunny

"Qarabağ" - "Bazel" matçının biletləri BOS-da da satışa çıxarılıb

Gündəm 17:11 16 sen, 2021

Bu barədə Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib

"Qarabağ" - "Bazel" matçının biletləri BOS-da da satışa çıxarılıb

Bakıda "Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununa 15 000 bilet satılıb.

Qazet.az xəbər verir ki, bu barədə Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, bilet satışı hazırda da davam edir: "Biletləri matçın oynanılacağı Bakı Olimpiya Stadionundan da əldə etmək mümkündür. Biletlər stadion ərazisində yerləşən "Info Center"də satışa çıxarılıb. Məqsədimiz odur ki, gələn azarkeşlər stadion ərazisində də bilet alıb, rahat içəri keçə bilsinlər".

Qeyd edək ki, "Qarabağ" - "Bazel" oyunu saat 20:45-də başlayacaq.