Bakı 3˚C Showers

"Qarabağ" Fransada növbəti oyununa çıxır

İdman 09:35 27 okt, 2022
"Qarabağ" Fransada növbəti oyununa çıxır

Bu gün Avropa Liqasında 5-ci turun oyunları keçiriləcək.

Qazet.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da növbəti oyununa çıxacaq.

Ağdam klubu Fransada “Nant”la üz-üzə gələcək. Bakıda bu rəqibini 3:0 hesabı ilə məğlub edən “Qarabağ”a qrupdan çıxmaq üçün heç-heçə də kifayət edir.. 

Təmsilçimiz qalib gəlməklə qrupu birinci pillədə başa vurmaq şansını da saxlaya bilər. Bunun üçün qrupun digər oyununda lider “Frayburq” "Olimpiakos"la görüşdə xal itirməlidir.

27 oktyabr

Avropa Liqası

G qrupu, 5-ci tur

23:00. "Nant" (Fransa) - “Qarabağ” (Azərbaycan)
Baş hakim:
 Yakob Kehlet (Danimarka)
"Beaujoire" stadionu

23:00."Frayburq" (Almaniya) - "Olimpiakos" (Yunanıstan)