"Qarabağ" "Frayburq"la oyun öncəsi ciddi itki ilə üzləşib
İdman
15:50 30 okt, 2022
"Qarabağ" Şamaxıda eyniadlı komandaya qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XII tur oyununda ciddi itki ilə üzləşib.
Qazet.az-ın məlumatına görə, "köhlən atlar"ın yarmmüdafiəçisi Filip Ozobiç sıradan çıxıb. Ayağından zədələnən 30 yaşlı futbolçu matçı davam etdirə bilməyib.
Təcrübəli oyunçunun yerinə meydana 19-cu dəqiqədə Nəriman Axundzadə daxil olub.
Qeyd edək ki, hazırda görüşdə hesab açılmayıb. Ağdam klubu bu oyundan sonra UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Almaniya "Frayburq"unu qəbul edəcək. Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.