Bakı 3˚C Sunny

"Qarabağ" hesabda geridə, "Nant" "Olimpiakos"a qarşı - Yenilənib

İdman 23:00 03 noy, 2022
"Qarabağ" hesabda geridə, "Nant" "Olimpiakos"a qarşı - Yenilənib

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Qazet.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da qrupda son matçına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda “Frayburq”u qəbul edir. Qrupda 1-ci yeri təmin edən Almaniya təmsilçisi üçün görüş formal xarakter daşısa da, “Qarabağ” üçün vacib matçdır. Almaniyadakı görüşdə bu rəqibinə uduzan (1:2) "Qarabağ" pley-offa yüksəlmək üçün bu dəfə qalib gəlməlidir. Təmsilçimiz bugünkü görüşdə qələbə qazanmadan da mərhələni adlaya bilər. Bunun üçün "Nant" "Olimpiakos"la Yunanıstanda keçiriləcək görüşdə xal itirməlidir. 

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü noyabrın 7-də atılacaq.