Bakı 10˚C Mostly sunny

“Qarabağ”ın ilk transferinin adı bilindi

İdman 13:54 13 dek, 2021

Rüstəmin “Minay”la artıq vidalaşdığı, tezliklə “Qarabağ”ın formasını geyinəcəyi vurğulanıb

“Qarabağ”ın ilk transferinin adı bilindi

Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə karyerasını ölkəmizdə davam etdirəcək.

Qazet.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Minay”ın forvardı artıq “Qarabağ”la anlaşıb. Hətta bu səbəbdən 20 yaşlı futbolçu Ukrayna Premyer Liqasının XVIII turunda “Kolos”la (1:2) səfər matçında iştirak etməyib. Rüstəmin “Minay”la artıq vidalaşdığı, tezliklə “Qarabağ”ın formasını geyinəcəyi vurğulanıb.

Qeyd edək ki, “Minay”a ötən il məhz “Kolos”dan keçən Rüstəm Əhmədzadənin Ukrayna təmsilçisi ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, bu ilin yayından Azərbaycan yığmasına çağırılır. Rüstəm millimizin heyətində 5 matçda iştirak edib.