Bakı 21˚C Mostly cloudy

“Qarabağ”ın matçında cinayət törətmiş şəxs həbs olundu

İdman 19:09 25 noy, 2021

Avqustun 26-da axşam saat 21:10 radələrində Avropa Konfransı Liqasının pley-off mərhələsinin “Aberdin” – “Qarabağ” matçı zamanı cinayət törədilib

“Qarabağ”ın matçında cinayət törətmiş şəxs həbs olundu

Avropa Konfrans Liqasının pley-off mərhələsində keçirilmiş “Aberdin” – “Qarabağ” matçı zamanı cinayət hadisəsi baş verib.

Qazet.az-ın xəbərinə görə, Şotlandiyanın Aberdin şəhərindəki “Pitodri” stadionunda keçirilən matç zamanı 65 yaşlı kişi 26 yaşlı oğlana hücum etməkdə təqsirli bilinərək həbs edilib.

İttihama görə, o, avqustun 26-da axşam saat 21:10 radələrində Avropa Konfransı Liqasının pley-off mərhələsinin “Aberdin” – “Qarabağ” matçı zamanı cinayət törədib.

Polis konsteblisi Sem Eter onun tutulmasına görə ictimaiyyətə təşəkkür bildirib:

“Biz bu təhqiqatın sona çatdırılmasında göstərdikləri köməyə görə ictimaiyyətə təşəkkür etmək istərdik”.

Qeyd edək ki, cavab oyunu sayılan bu matçda “Qarabağ” rəqibinə 3:1 hesabı ilə qalib gələrək sözügedən turnirin qrup mərhələsinə vəsiqə qazanıb.