Bakı 28˚C Cloudy

"Qarabağ müharibəsinin fəsadları hələ də hiss olunur" - Səfir

Siyasət 13:28 18 okt, 2022
"Qarabağ müharibəsinin fəsadları hələ də hiss olunur" - Səfir

“Pakistan Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olacağına ümid edir”.

Qazet.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye raket hücumlarının ikinci ildönümündə Gəncəyə səfəri ilə bağlı "tviter"də yazıb.

"2020-ci ilin oktyabrında baş vermiş raket hücumunun 2-ci ildönümünü xatırlamaq üçün dünən diplomatik korpus təmsilçiləri ilə birlikdə Gəncəyə yenidən səfər etdim. İkinci Qarabağ müharibəsi zamanı dəymiş fiziki və mənəvi zərərin fəsadları hələ də ciddi şəkildə hiss olunur. Biz Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün dua edirik”, - paylaşımda deyilir.