Bakı 26˚C Intermittent clouds

"Qarabağ" "Neftçi"ni darmadağın edir

İdman 22:36 30 okt, 2021

 “Qarabağ” - “Neftçi” oyununun birinci hissəsi başa çatıb

"Qarabağ" "Neftçi"ni darmadağın edir

Oktyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun mərkəzi qarşılaşmasında üz-üzə gələn “Qarabağ” - “Neftçi” oyununun birinci hissəsi başa çatıb.

Qazet.az xəbər verir ki, komandalar fasiləyə “Qarabağ” klubunun 3:0 hesablı üstünlüyü ilə yollanıb.

Oyunda hesabı 10-cu dəqiqədə Filip Ozobiç açıb. Qoldan beş dəqiqə sonra Abdulla Zubir fərqi iki topa çatdırıb. Qarşılaşmanın 23-cü dəqiqəsində matçın baş hakimi Əliyar Ağayev “flaqman”ın qapısına penalti zərbəsi təyin edib. Topa yaxınlaşan Filip Ozobiç özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

Matçın 37-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Ömər Buludov ciddi zədələnib. İyirmi üç yaşlı müdafiəçi meydanı xərəkdə tərk edib. Onun yerinə İsmayıl Zülfüqarlı daxil olub.