Bakı 2˚C Sunny

"Qarabağ" "Olimpiakos"la qarşılaşacaq

İdman 09:15 06 okt, 2022
"Qarabağ" "Olimpiakos"la qarşılaşacaq

Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək.

Qazet.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxacaq. 

Ağdam klubu Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.

Qrupda keçirdiyi hər iki oyunda uduzan Pirey təmsilçisi öz meydanında ilk xallarını qazanmağa çalışacaq. "Qarabağ" da səfərə qələbə üçün yollanıb.

Qrupun digər oyununda “Frayburq” “Nant”ı qəbul edəcək. Bu matç da saat 23:00-da başlayacaq.

6 oktyabr

Avropa Liqası, 3-ü tur

G qrupu

23:00. “Olimpiakos” (Yunanıstan) - “Qarabağ” (Azərbaycan)
Baş hakim:
 İrfan Pelto (Bosniya və Herseqovina)
Pirey. "Georgios Karaiskakis" stadionu

23:00. "Frayburq" (Almaniya) - "Nant" (Fransa)