"Qarabağ" oyuna hərbi geyimdə çıxdı - FOTO
İdman
19:29 25 sen, 2021
"Keşlə"-"Qarabağ" oyununda Vətən müharibəsinin ildönümü yad edilib
Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunun "Keşlə"-"Qarabağ" oyununda Vətən müharibəsinin ildönümü yad edilib.
Qazet.az xəbər verir ki, qonaq komanda meydana hərbi geyimdə çıxıb. Həmçinin futbolçular üzərində "Qəhrəmanları olan vətənin bayrağı enməz" şüarı yazılmış pankart açıblar.
Daha sonra dövlət himni səsləndirilib. Start fitindən öncə isə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Qeyd edək ki, hazırda görüşdə ilk hissə oynanılır və hesab açılmayıb.