"Qarabağ" oyunçusu ilə müqavilə imzaladı
İdman
17:45 05 yan, 2023
!["Qarabağ" oyunçusu ilə müqavilə imzaladı](https://qazet.az/resized/fit900x500/center/pages/138495/169807-fhbdbxhghi.jpg)
"Qarabağ" klubu futbolçusu Marko Veşoviçin müqaviləsinin müddətini uzadıb.
Ağdam təmsilçisindən Qazet.az-a verilən məlumata görə, 32 yaşlı müdafiəçinin yeni sözləşməsi 2025-ci il iyunun 30-dək nəzərdə tutulub.
Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən "köhlən atlar"da çıxış edir. Monteneqrolu oyunçunun müqaviləsi iyunda başa çatmalı idi.