Bakı 6˚C Sunny

Qarabağ qazisi olan jurnalist vəfat etdi - FOTOLAR

Gündəm 14:10 24 noy, 2022
Qarabağ qazisi olan jurnalist vəfat etdi - FOTOLAR

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat xidmətinin rəhbəri, Qarabağ qazisi Xəqani Rzaquliyev vəfat edib.

Qazet.az xəbər verir ki, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib.

İlk döyüşçü-jurnalist Xəqani Rzaquliyev Bayraq Günü — 9 noyabr 1963 -cü ildə Ağdərə rayonunun Xatınbəyli kəndində dünyaya göz açıb.

1978-1982-ci illərdə Şuşa şəhəri Mədəni Maarif Məktəbini, 1994-cü ildə isə Bakı Dövlət Ünverstetinin jurnalistika fakültəsini bitirib.

O, 1982-1984- cü ilərdə Sovet ordusunun Ukrayna respublikasında yerləşən hərbi hissədə mühəndis-istehkamçı kimi müddətli həqqi hərbi xidmətdə olub.

O, müxtəlif illərdə, müxtəlif vəzifələrdə-Ağdərə rayonunun Xatınbəyli kəndində hərbi rəhbər (1987-1989), Ağdərə rayonunun Gəncxana qəsəbəsində 21 yaşında məktəb direktoru (1984-1987), «Gənclik» jurnalında ədəbi işçi və şöbə müdiri (1989-1994) vəzifələrində çalışıb.

Xaqani Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradılmasında iştirak edib və «Vətən Müharibəsi» adının seçilməsi təklifi onun adıyla bağlıdır.

Xaqani bəy 12 mart 1992-ci ildə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır.

Allah rəhmət eləsin!